May 18 2020 16:40
Elshad Aliyev
Views: 38

Bir çox amerikalı iqtisadçılar ABŞ iqtisadiyyatının qarşıdakı iki rübdə vəziyyəti ilə bağlı bədbin proqnozlar verməkdə davam edirlər. ABŞ-ın Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pauel bildirib ki, COVİD-19 pandemiyasının nəticələrini aradan qaldırmaq üçün ABŞ-ın iqtisadiyyatına bir ildən çox vaxt tələb oluna bilər.

AZƏRTAC xəbər verir ki, Pauel “60 dəqiqə” adlı məşhur televiziya proqramına müsahibəsində iqtisadiyyatın bərpasına aparan yolun hazırda qeyri-müəyyən olduğunu vurğulasa da, bu prosesin 2021-ci ilin əvvəlində başlaya biləcəyinə ümid bəslədiyini bildirib.

“İndi böyük əzab-əziyyətlər və çətinliklər dövrüdür. Bu dövr elə tez və güclü başladı ki, artıq insanların yaşadığı ağrıları və hiss etdikləri qeyri-müəyyənliyi sözlə ifadə etmək mümkün deyil”, - deyən Pauel onu da əlavə edib ki, iqtisadi reabilitasiya son nəticədə amerikalıların COVID-19-un yaratdığı təhlükədən nə dərəcədə qoruna biləcəklərinə əminlikdən asılı olacaq.


Create Account



Log In Your Account