Mar 18 2021 09:30
Elshad Aliyev
Views: 124

“AĞ Ev İran hakimiyyəti ilə ABŞ-da həbsdə olan iranlıların islam respublikasında mühakimə olunan amerikalılarla mübadiləsini müzakirə etməyə hazırdır”.

APA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Jalina Porter brifinqdə deyib.

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin yenidən məhbus mübadiləsi təklifini şərh edən J.Porter bildirib ki, ABŞ hər zaman İranla konstruktiv əməkdaşlığa hazırdı: “İran rəsmilərini danışıqlar masasında bizə qoşulmağa dəvət edirik. Bu, İranla müzakirə etmək istədiyimiz bir çox məsələdən yalnız biridir və bunun üçün açığıq”.

 


Create Account



Log In Your Account