Mar 23 2020 09:52
Elshad Aliyev
Views: 35

ABŞ-ın Kentukki ştatından olan respublikaçı senator Rand Pol koronavirus testindən keçir, nəticə müsbət olub.

APA “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə senator  tvitter hesabıda yazıb. 

O bildirib ki, səyahətlərdə olması ilə əlaqədar hər etimala qarşı COVID-19 testindən keçib. 

Karantinə alınan senator bu çətin şəraitdə Kentukki xalqı üçün fəaliyyətini davam etdirmək niyyətində olduğunu vurğulayıb. 

O, özünü yaxşı hiss etdiyini vurğulayıb.

Qeyd edək ki, bu, ABŞ Senatında ilk koronavirusa yoluxma hadisəsidir.  


Create Account



Log In Your Account