May 05 2020 11:00
Elshad Aliyev
Views: 52

ABŞ hazırda Milli strateji neft ehtiyatını doldurmaq üçün əlavə saxlama imkanları axtarışındadır. "APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin bildirib.

"Biz Energetika Nazirliyinin rəhbəri ilə strateji ehtiyatların doldurulması istiqamətində yaxından işləyirik", - deyə S. Mnuçin qeyd edib.

Bundan öncə bildirilmişidir ki, neft bazarında tələbatın azalması səbəbindən ABŞ-ın neft şirkətləri "qara qızıl"ı Milli strateji neft ehtiyatında saxlamağa başlayıb. Bu səbəbdən müvafiq müqavilələr də bağlanıb.


Create Account



Log In Your Account