Jan 23 2021 10:20
Elshad Aliyev
Views: 65

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Cakob Sallivan Fransa, Almaniya, Böyük Britaniya, Yaponiya rəsmiləri ilə telefonda danışıqlar aparıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Hornun açıqlamasında danışıqlar zamanı Çin, Şimali Koreya, İran, Rusiya kimi ölkələrlə bağlı mübahisəli məsələlər müzakirə olunub.

Bununla yanaşı, yeni administrasiyanın avropalı müttəfiqləri ilə trans Avropa birliyini gücləndirmək niyyətində olduğu da vurğulanıb.


Create Account



Log In Your Account