Apr 29 2020 12:41
Elshad Aliyev
Views: 85

“Yeni növ koronavirus (COVID-19) pandemiyası davam etdiyi halda, Yaponiyanın 2021-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etməsi çətin olacaq”.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bunu Yaponiyanın Baş Naziri Sindzo Abe parlamentdə çıxışı zamanı deyib.

Baş Nazir bildirib ki, Olimpiya Oyunları dünyanın koronavirus pandemiyasına qarşı mübarizədə qələbə qazanmasından sonra keçirilməlidir, əks təqdirdə Olimpiadanın keçirilməsi çətin olacaq.

Xatırladaq ki, Tokio-2020 Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar təxirə salınaraq 2021-ci ilə təyin edilib. Tokio Olimpiya Oyunlarının təşkilat komitəsinin rəhbəri isə bildirib ki, əgər pandemiyanın qarşısı alınmazsa, o zaman Olimipiya Oyunlarının 2021-ci ildə keçirilməsi ləğv oluna bilər.


Create Account



Log In Your Account