Jun 01 2021 12:03
Elshad Aliyev
Views: 99

Xırdalanda Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüş keçirilib. Düşmən qüvvələrinin məğlub edilməsində döyüş tapşırıqlarını icra edərkən yaralanan mərd abşeronlu əsgərlərdən Məhərrəm Məhərrəmov, Mail Əsgərov və Xəqani Muradov görüşdə iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Elçin Quliyev 44 günlük qanlı savaşda qazandığımız qələbə münasibətilə qalib əsgərlərimizi, qazilərimizi təbrik edərək bu qələbədə Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun müstəsna rolunun olduğunu qeyd edib.

Bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlıqlarını itirən qazilərimiz Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminatla əhatə olunurlar. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən daim bu ailələr ziyarət edilir və maddi, mənəvi yardımlar olunur.

Daha sonra qazilər Ali Baş Komandanın tapşırığı ilə keçirilən döyüşlər nəticəsində torpaqlarımızın düşmən tapdağından azad olunmasından fəxrlə söhbət açıblar. Vətən müharibəsinin iştirakçıları döyüş əməliyyatlarından, əsgərlərimizin qəhrəmanlıqlarından danışıblar, müharibə ilə bağlı xatirələrini, göstərdikləri igidlikləri bölüşüblər. Cəbhədə göstərdiyi şücaətə görə hər bir azərbaycanlı qazilərimizlə fəxr edir.

Görüşdə qazilərimizin istək və arzuları dinlənilib, bəzi məsələlər müzakirə olunub.


Create Account



Log In Your Account