Apr 08 2019 13:27
Ferah Sabirqizi
Views: 599

Bu gün Ermənistan ordusunun Azərbaycanın Kəlbəcər rayonunda törətdiyi Ağdaban soyqırımının 27-ci ildönümüdür. 1992-ci il il aprelin 8-də Ermənistan silahlı qüvvələri Kəlbəcərin Ağdaban kəndində azərbaycanlılara qarşı dəhşətli qətliam həyata keçirib.

Bu soyqırımı ermənilərin Kəlbəcəri ələ keçirmək üçün törətdiyi ən böyük cinayətlərdən biri kimi taixə düşüb. Soyqırımı zamanı 130 evdən ibarət Ağdaban kəndi erməni seperatçıları tərəfindən tamamilə yandırılıb. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib. 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb. 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib.


Create Account



Log In Your Account