Mar 26 2020 15:26
Elshad Aliyev
Views: 188

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək qlobal pandemiya elan olunan koronavirusun (COVID-19) Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində bir çox sosial məhdudlaşdırma tədbirlərinin həyata keçirildiyi, kütləvi tədbirlərin, konsertlərin, tamaşaların və dərslərin ləğv edildiyi zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsi “Evdə qal, musiqisiz qalma” adlı sosial kampaniyaya başlayıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, ADMİU-nun müəllimləri və tələbələri öz evlərində müxtəlif mahnı və musiqi ifa edərək, “evdeqalmusiqisizqalma” haştağı ilə sosial şəbəkələrdə yerləşdirirlər. Qısa müddət ərzində kampaniya böyük maraq doğurub və müxtəlif musiqiçilər ADMİU-nun başladığı aksiyaya qoşulub.

“Evdə qalsaq da olar, əsas odur musiqi hər zaman bizim ruhumuzda olsun. Hamılıqla dövlətimizə dəstək olaq və bu bəlaya birlikdə qalib gələk” çağırışı ilə tələbələr tərəfindən başlanan virtual fləşmob insanları özlərinin və doğmalarının təhlükəsizliyi naminə karantin qaydalarına əməl etməyə, vaxtı səmərəli keçirməyə, ev mühitində, çölə çıxmadan musiqi ilə məşğul olmağa və musiqi dinləməyə çağırır.


Create Account



Log In Your Account