Dec 19 2019 15:07
Elshad Aliyev
Views: 147

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görkəmli yazıçı, dramaturq və publisist Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə universitetin Azərbaycan dili kafedrasının müdiri, professor Rüstəm Kamal yazıçının həyat və yaradıcılığından danışıb, əsərlərinin əhəmiyyətini vurğulayıb.

Digər çıxış edən kafedra əməkdaşları da Cəlil Məmmədquluzadənin ədəbi irsi ilə bağlı fikirlərini bölüşüblər.

Sonra tələbələrin ifasında yazıçının ayrı-ayrı əsərlərindən parçalar dinlənilib.


Create Account



Log In Your Account