Apr 17 2020 16:49
Elshad Aliyev
Views: 78

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) AVRO-2020-nin 4 müvafiq oyununun 2021-ci ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını UEFA-ya bildirib.

Apasport.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, məsələ ilə əlaqədar əlavə müvafiq hüquqi sənədlər aprelin 30-dək UEFA-ya göndəriləcək.

UEFA İcraiyyə Komitəsinin bu il martın 17-də keçirilmiş iclasında COVİD-19 pandemiyası ilə əlaqədar AVRO-2020 turnirinin gələn il keçirilməsi barədə qərar qəbul edilib.

Buna qədər 5 şəhər - Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), Dublin (İrlandiya), London (İngiltərə) və Münhen (Almaniya) AVRO-2020-nin final mərhələsinin oyunlarını bir ildən sonra qəbul etməyə hazır olduğunu təsdiqləyib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda AVRO-2020-nin A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin isə 1 qarşılaşması keçiriləcək. A qrupunun Bakıda təşkil olunacaq görüşlərində Türkiyə, İsveçrə və Uels milliləri mübarizə aparacaq. 


Create Account



Log In Your Account