Aug 24 2017 12:14
Naile Hesenova
Views: 498

“Qarabağ”ın qazandığı bu tarixi uğurun şahidi olduğumuz üçün çox sevincliyik. Bu nailiyyət Azərbaycan futbolunda yazılmaqda olan böyük tarixin ilk sətirləridir.

AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev Ağdamın “Qarabağ” komandasının UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı fikirlərini bölüşərkən deyib.

“Qarabağ” uğura doğru səbirlə, addım-addım irəlilədi və nəhayət, hər birimizin arzuladığı sevinci bizə yaşatmağı bacardı. Azərbaycan futbolunda bir ilkə imza atan “Qarabağ” futbol klubunun rəhbərliyini, məşqçilərini, inzibati heyətini, futbolçularını və təbii ki, bütün oyunlarda komandaya inanan, dəstəyini əsirgəməyən azarkeşləri bu zəfər münasibətilə təbrik edirəm. Azərbaycan futbol ictimaiyyəti adından “Qarabağ”a UEFA Çempionlar Liqasının qrup mərhələsində uğurlar arzulayıram”, - deyə AFFA prezidenti bildirib.

 


Create Account



Log In Your Account