Mar 15 2021 16:21
Elshad Aliyev
Views: 143

Ötən istirahət günlərində Baden-Vürtemberq və Reynland-Pfaltsedə keçirilən əyalət seçkilərində hakim Xristian Demokrat İttifaqı partiyası özünün əvvəlki yerlərini itirib.

AZƏRTAC xəbər verir ki, Baden-Vürtemberqdəki seçkilərdə “Yaşıllar” partiyasının, Reynland-Pfaltsda isə Sosial Demokrat İttifaqının nümayəndəsi qələbə qazanıb.

İndi müxalifət koalisiya formalaşdıra bilər ki, bu da XDİ/XSİ bloku üçün həyəcanlı siqnala çevrilməlidir.

Almaniya Sosial-Demokrat Partiyasının mətbuat üçün məlumatında deyilir: “Bu gün çox güclü olduğumuzu və qalib gələ biləcəyimizi göstərdik. Bu, həmçinin federal səviyyədə hədəf, federal seçkilər üçün model olmalıdır”.

 


Create Account



Log In Your Account