May 04 2020 16:54
Elshad Aliyev
Views: 119

“Biz “Bandunq prinsipləri”ndə olduğu kimi, Qoşulmama Hərəkatına üzv dövlətlər arasında dostluğun, həmrəyliyin öz təzahürünü tapması üçün əlimizdən gələni etmişik”.

APA-nın xəbərinə görə, bunu Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə videokonfrans vasitəsilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü zamanı deyib.

“COVID-19 pandemiyası bizim hamımızdan kollektiv tədbirlərin görülməsini tələb edir. Biz hamımız səfərbər olmasaq, COVID-19-a qalib gələ bilmərik”, - deyə Afrika İttifaqı Komissiyasının sədri vurğulayıb.

COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fəaliyyətini təqdir edən Musa Faki Mahamat qeyd edib ki, Afrika İttifaqı Komissiyasında pandemiyanın qarşısını almaq üçün səhiyyə və sosial–iqtisadi sütunları əhatə edən plan tərtib olunub: “Düşünürük ki, bu plan həyata keçirilsə, Afrika qitəsində vəziyyət düzələ bilər”.

Musa Faki Mahamat Afrika İttifaqı Komissiyasının beynəlxalq əməkdaşlığa hazır olduğunu da bəyan edib.


Create Account



Log In Your Account