Feb 23 2021 17:40
Elshad Aliyev
Views: 41

“Kanalizasiya şəbəkəsi olmayan ərazidə hər hansı tikintinin, layihənin həyata keçirilməsi qanunsuzdur”. 

APA-nın məlumatına görə, bunu “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəisi Mirsalam Qənbərov deyib. O bildirib ki, bu, subyektiv fikridir: “Layihəni planlaşdıran qurum, sahibkar fikirləşməlidir ki, orada formalaşan tullantı suları necə idarə olunacaq. Əvvəl ərazinin geologiyası, relyefi, mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi nəzərə alınmalıdır. Sonra orada layihələr icra oluna bilər. Əfsuslar olsun ki, keçmişdən qalan bu problemləri hələ də yaşayırıq. Ona görə də payız, qış aylarında görürük ki, ərazilər nə vəziyyətdədir. Mərkəzləşmiş kanalizasiya şəbəkəsinin olmaması, həmin ərazidə həddən artıq tikinti işlərinin aparılması, yaşayış massivlərin salınması bizi bu problemlərlə üz-üzə qoyur”.

 


Create Account



Log In Your Account