Dec 20 2019 13:14
Elshad Aliyev
Views: 149

"Şahdəniz" qaz-kondensat yatağından indiyədək 112 mlrd. kubmetr qaz hasil edilib.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda çıxış edən BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O həmçinin bildirib ki, "Azəri-Çıraq-Günəçli" (AÇG) yatağından dövlətin əldə etdiyi birbaşa gəliri 140 mlrd. dollardan artıqdır.

Qeyd edək ki, bu gün Bakıda "Xarici ticarət iştirakçılarının II Respublika Forumu" keçirilir. Forumda 900-ə yaxın sahibkar iştirak edir. Forumda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və başqa rəsmi şəxslər iştirak edir.


Create Account



Log In Your Account