Dec 12 2019 11:36
Elshad Aliyev
Views: 255

İşlənmənin əvvəlindən bu vaxtadək Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından 115 milyard kubmetr təbii qaz və 27 milyon tondan çox kondensat hasil olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

O qeyd edib ki, ötən müddətdə Azərbaycan qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilib: “Zaman və görülən işlər fikirlərimizin doğruluğunu təsdiq etdi. Artıq məlumdur ki, “Şahdəniz” yatağının karbohidrogen ehtiyatları 1 trilyon 200 milyard kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarətdir. Bu sahə dünya dənizlərində indiyədək kəşf olunmuş nəhəng qaz-kondensat yataqlarından biridir”.


Create Account



Log In Your Account