Dec 15 2018 14:49
Ferah Sabirqizi
Views: 272

Bu gün Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanılmasından 12 il keçir. Azərbaycanın neft strategiyasının son illər ölkəmizə gətirdiyi böyük dividentlərdən biri də ölkəmizin beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevrilməsidir.

Məhz ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda təbii qaz ixrac edən bir ölkə kimi tanıtdırır.

Hasilata başlanandan bəri “Şahdəniz”dən 97 milyard kubmetr qaz və 24 milyon ton kondensat əldə edilib. “Şahdəniz” qaz yatağı Alyaskadakı “Prudo Bey” (“Prudhoe Bay”) neft yatağından sonra BP-nin hələ də ən böyük kəşfi hesab olunur.


Create Account



Log In Your Account