Apr 28 2020 13:47
Elshad Aliyev
Views: 80

Aprelin 28-də şahmat üzrə onlayn superturnirdə altıncı turun ilk iki görüşü keçiriləcək.

AZƏRTAC xəbər verir ki, turun ilk qarşılaşmalarında dünya çempionu, norveçli Maqnus Karlsen rusiyalı Yan Nepomnyaşi, FIDE təmsilçisi Əlirza Firuzca niderlandlı şahmatçı Aniş Giri ilə mübarizə aparacaqlar.

Hazırda M.Karlsen, amerikalı Hikaru Nakamura, çinli Liren Dinq 11 xalla öndədirlər. Amerikanın digər təmsilçisi Fabiano Karuana 10, fransalı Maksim Vaşe-Laqrav və Y.Nepomnyaşi 5, A Giri 4, Ə. Firuzca 3 xala malikdirlər.


Create Account



Log In Your Account