May 25 2020 13:12
Elshad Aliyev
Views: 187

Mayın 25-də şahmatın rapid növü üzrə onlayn Avropa çempionatının D qrupunun seçmə yarışları start götürür.

AZƏRTAC xəbər verir ki, Avropa ölkələrindən reytinqi 2300-ə qədər 700-dən çox idmançının mübarizə aparacağı D qrupunda Azərbaycanı 30 şahmatçı təmsil edəcək. Belə ki, şahmatçılarımız Sərxan Quliyev, Urfan Sevdimalıyev, Murad Nuri, Məhəmməd Muradlı, Pərviz Qasımov, Abdulla Qədimbəyli, Sadiq Məmmədov, Nail Bəşirli, Orxan Abdulov, Əli Həsənov, Aydın Süleymanlı, Loğman Quliyev, Aygün Əliyeva, Elnur Əliyev, Murad İbrahimli, Zaur Bayramov, Şiroğlan Talıbov, Anar Ələkbərov, Babək Cəfərli, Amil Abbasov, Azər Abdullayev, Nərmin Xələfova, Xəyalə Abdulla, Read Səmədov, Cavanşir Bağırov, Elnur Mehtiyev, Altay Eynullayev, Atilla Eynullayev, Mələk İsmayıl və Firuz İsmayılov mükafatçılar sırasına düşməyə çalışacaqlar.

Qeyd edək ki, çempionatın A qrupunda mübarizə aparan şahmatçımız Gülsənəm Ağayeva qızların yarışında qızıl medala sahib olub. Ümumi nəticəyə görə isə ikinci olub.

Qitə çempionatının B qrupunda isə şahmatçılarımız mükafatçılar sırasına düşə bilməyiblər.

 


Create Account



Log In Your Account