Apr 09 2020 12:50
Elshad Aliyev
Views: 72

“Airbus” koronavirus pandemiyası fonunda istehsalı azaltmağa qərar verib. Şirkət ən məşhur model A320 də daxil olmaqla sərnişin təyyarələrinin istehsalını kəskin azaldacaq.

APA-Economics”in verdiyi xəbərə görə, şirkətin yaydığı məlumatda bildirilir ki,  bu addım müştərilərin əvvəlcədən verilən sifarişlərin çatdırılmasını təxirə salmaq istəkləri ilə bağlıdır.

Bildirək ki, bu ilin mart ayında şirkət 36 (fevral  ayında 55)təyyarə təvil verib.  

Eyni zamanda, məlumatda bildirilir ki, hazırda “Airbus” üçün əsas problem alışdan imtina deyil, sərhədlərin bağlanması və uçuşların dayandırılmasıdır.

"2020-ci ilin ilk rübündə “Airbus” kommersiya təyyarələri üzrə 290 sifariş alıb və 122 təyyarəni təhvil verib. Rüb ərzində daha  60 təyyarə istehsal edilib, bu da möhkəm sənaye göstəricilərini göstərir, ancaq COVID-19 pandemiyası səbəbindən çatdırılmayıb" təyyarə istehsalçısının məlumatında qeyd olunub.


Create Account



Log In Your Account