Apr 15 2019 14:20
Ferah Sabirqizi
Views: 387

“Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizə cəlb edilən şirkətlərin iqtisadi fəaliyyəti işğalın davam etdirilməsinə şərait yaradır”.

Bunu baş nazir Novruz Məmmədov Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda çıxışında bildirib. 

N. Məmmədov deyib ki, bunların aradan qaldırılması üçün Azərbaycanın işğal olunmuş ərazilərində iqtisadi, maliyyə fəaliyyətlərinin, pul köçürmələrinin, sərmayə yatırılmasının qarşısı alınmalıdır: “Azərbaycan tərəfindən sözügedən vəziyyətə nəzarət edilməsi məqsədilə müvafiq “qara siyahılar” tərtib olunur. Azərbaycan işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətə cəlb olunan fiziki və hüquqi şəxslərin mənsub olduğu ölkələri müvafiq tədbirlər görməyə çağırır. Hazırkı beynəlxalq konfrans bu cür qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısını almaq üçün aidiyyəti ölkələrə birbaşa müraciət etmək imkanı yaradır. Ümidvarıq ki, bu istiqamətdə görülən ciddi tədbirlər öz müsbət töhfəsini verəcək”.


Create Account



Log In Your Account