Nov 26 2019 13:15
Elshad Aliyev
Views: 324

"Vəziyyət çox dramatikdir. İnsanları dağıntılar altından çıxarmaq üçün hər cür səy göstərilir".

CBC RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə Albaniya Prezidenti İlir Meta zəlzələdən sonra yaranmış vəziyyətə münasibət bildirərkən deyib.

Xatırladaq ki, ABŞ Geologiya Xidməti (USGS) səhər saatlarında Albaniyanın paytaxtı Tirana yaxınlığında 6,4 maqnitudalı zəlzələ olduğunu açıqlayıb. Seysmoloqların bildirdiyinə görə, zəlzələdən sonra 5 maqnitudan yuxarı afterşoklar qeydə alınıb.

Son məlumatlara görə, zəlzələ nəticəsində 6 nəfər ölüb, xəsarət alanların sayı 300 nəfəri keçib.


Create Account



Log In Your Account