Nov 29 2019 15:00
Elshad Aliyev
Views: 100

Albaniyada zəlzələ qurbanları arasında ölkənin Baş Naziri Edi Ramanın gələcək gəlini də var.

APA-nın xəbərinə görə, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

Baş Nazirin oğlu Qreqor Rama özünün “İnstagram” səhifəsində bildirib ki, nişanlısı Kristi Reçi ailə üzvləri – atası, anası və qardaşı ilə birlikdə dağıntılar altında qalıb.

Onların adları zəlzələ zamanı ölən insanların siyahısında da yer alıb.

Qeyd edək ki, Albaniyada 6,4 bal gücündə zəlzələ olub. Zəlzələdə ölənlərin sayı 48-ə çatıb, 790 nəfər xəsarət alıb. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.


Create Account



Log In Your Account