Apr 10 2017 12:35
Ferah Sabirqizi
Views: 136

“İslam Həmrəyliyi İli”nin elan olunması Azərbaycan üçün olduqca önəmli məsələdir. Bu, çox böyük iradə istəyir. Dövlətin özünə güvəninin göstəricisidir. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə CBC-yə eksklüziv müsahibəsində belə deyib. Bildirib ki, bir çox islam dövlətlərində insanları faciəli şəkildə öldürürlər, müxtəlif terror hadisələri baş verir. Amma islam xalqlarının çoxluq təşkil etdiyi Azərbaycan belə hadisələrdən uzaqdır və İslam Oyunlarını keçirmək üçün tam uyğun bir məkandır.

“Bu, çox böyük məsələdir. O qədər böyükdür ki, mən inanıram ki, sadə insanlar hələ bunun o qədər də mahiyyətini başa düşmürlər. Siz fikirləşin, 500 km o tərəfə, 1000 km o tərəfə, insan qulağını kəsirlər, boynunu kəsirlər, “Allahu əkbər” deyib öldürürlər, “cihad” deyib islam adından vuruşurlar, qardaş-qardaşı öldürür. Türkiyədə olan terrorlar, nə qədər terrorlar, ölümlər, Suriyada, İraqda və başqa islam dövlətlərində, Livanda baxanda, məsələn Türkiyədə 80 milyon insan var, İranda 80 milyondan daha çox. Amma Azərbaycanda 10 milyona yaxındır. Baxmayaraq ki, islam dövləti də deyil, amma islam xalqlarının yaşadığını bir dövlətdir, çoxluq yaşayan bir dövlətdir “İslam həmrəyliyi İli” elan etməsi çox  böyük iradə istəyir. Birincisi, güvənməlidir ki, mən bunu edəndə mahiyyətini bilirəm və bunun arxasında dayana bilirəm. Həqiqətən də belə çıxır ki, Azərbaycan öz çərçivəsindən daha çox-çox uzaqlar üçün, yəni Azərbaycanın siyasi strategiyası, onun göndərdiyi mesajlar və bu gün dediyi sözlər, fəqət sərhədə qədər idisə, Azərbaycan çərçivəsində idisə, indi bu saat dünyaya yönəlib. Bu göstərir ki, Azərbaycan dövləti və dövlətçiliyi çox güclü bir dövlətdir – quruluşu cəhətdən”. 


Create Account



Log In Your Account