Dec 13 2019 13:10
Elshad Aliyev
Views: 82

Alman-Azərbaycan Xarici Ticarət Palatasının (“AHK Azərbaycan”) İdarə Heyətinə yeni sədr seçilib.

Palatadan CBC-yə verilən məlumata görə, bu vəzifəyə “KPMG Azerbaijan” şirkətinin vergi və hüquq departamentinin rəhbəri Fərid İsayev seçilib.

O, bu vəzifədə “PWT Wasser und Abwassertechnik GmbH” şirkətinin Bakı filialının rəhbəri Falko Haydrixi əvəz edib.

F. İsayev Londonun Kinqston Universitetinin Beynəlxalq Hüquq üzrə LLB dərəcəsinə malikdir. Neft və qaz sənayesi, miqrasiya, əmək quruculuğu, dövlət və özəl tərəfdaşlığı, korporativ və beynəlxalq ticarət hüququ kimi müxtəlif sahələrdə fəaliyyət göstərən F. İsayev eyni zamanda bank və sığorta sektorlarında da geniş təcrübəyə sahibdir.

Palatanın yeni İdarə Heyətinə “Norm” şirkətinin baş icraçı direktoru Henninq Sasse, “AccessBank”ın İdarə Heyətinin sədri və baş icraçı direktoru Anar Həsənov, “Uniper Global Commodities SE” şirkətinin Cənub regionu ölkələrinin qaz təchizatı üzrə vitse-prezidenti Maykl Hilmer, “Hyatt Regency Baku” hotelinin baş direktoru Valter Qeyc, “Weidmüller Interface GmbH & Co. KG” şirkətinin Xəzər dənizi regionu ölkələrinin biznesin inkişafı üzrə meneceri Əliyar Həşimli və “AHK Azərbaycan”ın icraçı direktoru Tobias Baumann daxildir. İdarə Heyəti üç il müddətinə təyin olunur.


Create Account



Log In Your Account