Dec 23 2019 10:27
Elshad Aliyev
Views: 102

Almaniya hökuməti “Şimal axını – 2 qaz layihəsinin uğurla başa çatacağına inandığını bildirib.

APA xəbər verir ki, bu barədə “Sueddeutsche Zeitung” portalı məlumat yayıb.

Qeyd olunur ki, Almaniya ABŞ-ın layihəyə tətbiq etdiyi sanksiyaların onun həyata keçirilməsinə mane olmayacağına əmindir.

Həmçinin “Şimal axını – 2” operatorunun nümayəndələri tikinti işlərinin yaxın vaxtlarda başa çatacağına inandıqlarını bildiriblər.

Qeyd edək ki, ABŞ rəsmiləri “Şimal axını – 2” və “Türk axını” layihələrinə qarşı, o cümlədən onların inşasında iştirak edən Avropa şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq olunmasını nəzərdə tutan layihəni təsdiqləyib. Almaniya hökumətində, həmçinin “bu cür ekstraterritorial sanksiyaların rədd edildiyi” vurğulanıb.


Create Account



Log In Your Account