Apr 15 2020 13:37
Elshad Aliyev
Views: 78

Almaniya koronavirusla əlaqədar ölkə daxilində tətbiq edilən məhdudiyyətlərin vaxtını uzadacaq.

APA-nın xəbərinə görə, bu barədə DPA agentliyi adını açıqlamadığı etibarlı mənbəyə istinadən xəbər yayıb.

Mənbə bildirib ki, Almaniya hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün ötən aydan tətbiq olunan məhdudiyyətləri ən azı mayın 3-dək uzatmağı planlaşdırır.

Bu gün Almaniya kansleri Angela Merkel videokonfrans vasitəsilə əvvəlcə nazirlərlə, daha sonra Almaniyanın 16 əyalətinin liderləri ilə vəziyyəti müzakirə edəcək.


Create Account



Log In Your Account