May 29 2020 13:35
Elshad Aliyev
Views: 173

Avropanın koronavirus böhranından sonrakı bərpa fondu ilə bağlı danışıqların tamamlanmasına uzun bir yol var.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın Xarici İşlər naziri Hayko Maas deyib.

"Böhrandan daha güclü bir şəkildə çıxmaq istəyiriksə, buna yalnız birlikdə və həmrəy hərəkət edərək nail ola bilərik.  Bərpa fondu ilə bağlı danışıqların müvəffəqiyyətlə tamamlanmasına qədər hələ uzun bir yol var", - deyə H. Maas bildirib.

Almaniya XİN başçısı qeyd edib ki, Berlin bu il Aİ-yə sədrliyi dövründə vicdanlı vasitəçi rolunda çıxış edəcək.


Create Account



Log In Your Account