Apr 13 2020 12:10
Elshad Aliyev
Views: 56

Son 24 saatda Almaniyada 2537 nəfərdə koronavirus aşkarlanıb.

APA-nın "Sputnik"ə istinadən verdiyi xəbərə görə, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Ölkədə COVID-19 virusuna yoluxanların sayı 123 016-ya yüksəlib. 

Son sutka ərzində Almnanyada 126 nəfər koronavirusdan vəfat edib ki, bununla da indiyədək ölkədə virusdan ölənlərin sayı 2799-a çatıb. 

İnstitutun məlumatına görə, bugünədək virusa yoluxanların 64 300 nəfəri sağalıb. Son bir gün ərzində 4000 nəfərin sağaldığı bildirilib. 


Create Account



Log In Your Account