May 01 2020 11:39
Elshad Aliyev
Views: 44

Almaniyada son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1639 yoluxma halı qeydə alınıb, 193 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilib ki, Almaniyada koronavirusa yoluxanların sayı 160 758 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 6481 nəfərə çatıb.


Create Account



Log In Your Account