Mar 10 2020 12:01
Elshad Aliyev
Views: 36

Almaniyanın Essen və Hamburg şəhərlərində koronavirus xəstəliyinə yoluxan iki nəfər dünyasını dəyişib.

AZƏRTAC Almaniyanın www.tagesschau.de saytına istinadla xəbər verir ki, bununla da Almaniyada koronavirusa yoluxma səbəbindən ilk ölüm faktı qeydə alınmış oldu. Şiddətli ağ ciyər iltihabından müalicə olunan 89 yaşlı qadını xilas etmək mümkün olmayıb və onda adı çəkilən virus keçən həftənin şənbə günü müəyyən edilib.

Koronavirusdan ölən digər şəxs isə Almaniyanın Hamburg şəhərində məskunlaşmış 59 yaşlı əslən Misirdən olan kişidir. Eyni patologiya ilə xəstəxanaya yerləşdirilən şəxs görülən profilaktik tədbirlərə baxmayaraq dünyasını dəyişib.


Create Account



Log In Your Account