Apr 08 2021 18:04
Elshad Aliyev
Views: 40

Gün ərzində 650 mindən çox almaniyalı koronavirus əleyhinə peyvənd edilib. Bu, vaksinasiya kampaniyası müddətində ən yüksək göstəricidir.

AZƏRTAC Almaniya KİV-lərinə istinadla xəbər verir ki, Robert Kox İnstitutunun məlumatına əsasən, aprelin 7-də ölkədə rekord sayda insana vaksin dozası vurulub – 656 min 357. Öncəki rekord gün ərzində təxminən 400 min vaksin dozası idi.

Almaniyada koronavirusa qarşı peyvəndləmə dekabrın sonlarında başlayıb. Ötən müddətdə əhalinin 14 faizinə - təxminən 11,5 milyon nəfərə vaksinin birinci dozası vurulub. Ölkənin 4,7 milyondan çox sakini (5,7 faiz) tam peyvəndlənib.

Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, Almaniyada indiyədək 2 milyon 927 mindən çox yoluxma və 78 min 174 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 2 milyon, 631 min nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 217 min xəstədən 4 min 439-nun vəziyyəti ağır qiymətləndirilir.


Create Account



Log In Your Account