Apr 15 2020 13:33
Elshad Aliyev
Views: 70

Almaniyanın Şlezviq-Qolşteyn şəhərindəki qocalar evində qalan 70 pensiyaçıdan 53-ü, həmçinin müəssisənin 60 işçisindən 19-u qısa müddətdə koronavirusa yoluxub.

AZƏRTAC Almaniya KİV-lərinə istinadla xəbər verir ki, müəssisənin bütün əməkdaşları və sakinlərinin təcili testləşdiriləndən sonra yalnız 17 sakinin və 41 işçinin reaksiyası “mənfi” olub. Təkrar testləşdirmədən sonra daha çox sayda insanın yoluxmuş olmasının aşkar edilə bilməsi qorxusu var.

Qocaların evinin müdiriyyəti qərara alıb ki, yoluxmuş insanların gündəlik rejimində qəfildən baş verə biləcək dəyişikliklərin onların psixoloji vəziyyətinə təsir etməməsi üçün yoluxmuş əməkdaşlar yoluxmuş qocalara qulluq etməyı davam etdirsinlər.


Create Account



Log In Your Account