Dec 10 2019 12:24
Elshad Aliyev
Views: 409

2-4 dekabr 2019-cu il tarixlərində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Almaniyanın Rheinmetall Electronics GmbH şirkətinin Azərbaycana işgüzar səfərini təşkil edib. Şirkəti satış departamentinin direktoru - cənab Marius Vansleben, dəniz simulyasiya və təlim məhsullarının satışı üzrə məsul şəxs - cənab Tomas Paul, və şirkətin Azərbaycan üzrə nümayəndəsi - cənab Qabil Məmmədli təmsil ediblər.

CBC xəbər verir ki, səfərin ilk günü alman iş adamları Energetika naziri cənab Pərviz Şahbazov və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri cənab Samir Axundovla görüşüblər. Müzakirələrin əsas mövzusunu iki ölkə arasında enerji sektorunun inkişafına dair tərəfdaşlıq imkanları və Rheinmetall Electronics GmbH şirkətinin bölgədəki gələcək investisiya planları təşkil edib. İkitərəfli görüş zamanı iştirakçılar Alman iqtisadiyyatının maşın və avadanlıqlar sənayesindəki geniş təcrübəsinin enerji sektorunun inkişafına öz vacib töhfəsini verə biləcəyini xüsusilə qeyd ediblər.

3 gün davam edən səfər çərçivəsində şirkət nümayəndələri Müdafiə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, həmçinin SOCAR və Azərbaycan Dövlət Dəniz Akademiyasını ziyarət ediblər. Bundan əlavə, qonaqlar Bakı Limanının rəhbərliyi ilə görüşmək və mövcud imkanlarla tanış olmaq üçün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Tədris Mərkəzinə baş çəkmək fürsəti də əldə ediblər. Görüşlər zamanı Rheinmetall Electronics GmbH və Azərbaycan arasında mümkün əməkdaşlığın müxtəlif sahələri barədə fikir mübadiləsi aparılıb.


Create Account



Log In Your Account