Nov 13 2019 10:37
Elshad Aliyev
Views: 116

Mərkəzi Gömrük Hospitalı rəhbərliyinin təşəbbüsü və Almaniyanın “Senior Experten Service” təşkilatının dəstəyi ilə Almaniyanın tanınmış mütəxəssisi Dr. Frans Kaspar FobbeBakıya dəvət olunubAlmaniyalı ekspert 4 noyabr 2019-cu il tarixindən etibarən üç həftə ərzində Mərkəzi Gömrük Hospitalının radiologiya və diaqnostika şöbələrinin işi ilə tanış olub, beynəlxalq standartlara əsaslanan öz məsləhətlərini və təkliflərini verəcəkdir.

Dr. Frans Kaspar Fobbe 1996-2015-ci illərdə Almaniyanın Vivantes Auguste-Viktoria klinikasında radiologiya şöbəsinin rəhbəri kimi çalışıb. 2015-ci ildən “Senior Experten Service” təşkilatının üzvi olaraq Azərbaycanda, Özbəkistanda və Çində radiologiya sahəsi üzrə ekspert-məsləhətçi kimi çalışır. Mərkəzi Gömrük Hospitalının fəaliyyəti ilə yaxındın tanış olan Dr. Frans Kaspar Fobbe xəstəxananın dünya standartlarına uyğun olduğunu və yüksək tibbi xidmət göstərən tibb müəssisəsi olduğunu vurğulayıb.


Create Account



Log In Your Account