Nov 07 2019 10:31
Elshad Aliyev
Views: 30

Nazirlər Kabineti "Xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar ­haqqında sənədlərin ­nostrifikasiyası ­(ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar ­attestasiya əsasında tanınması barədə şəhadətnamələrin ­formasını" təsdiq edib.

Trend-in məlumatına görə, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələr Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilir.

Xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə A4 ölçüdə mühafizə nişanlı kağızda çap olunur.

Xarici ölkələrdə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə açıq mavi, xarici ölkələrdə verilmiş elmlər doktoru elmi dərəcəsi haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə isə açıq çəhrayı rənglidir.

Xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələr xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilində tərcüməsi ilə birlikdə etibarlıdır.

Komissiya xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə verdiyi şəhadətnamələrin uçotunu aparır.


Create Account



Log In Your Account