May 21 2021 11:06
Elshad Aliyev
Views: 110

Şamaxı rayonu Kələxana kəndində yerləşən “Türbələr kompleksi”nin üzərində olan ot örtüyü təmizlənib, ətrafda səliqə-səhman yaradılıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən APA-ya verilən məlumata görə, təmizlik işlərini Dövlət Xidmətinin Qəbələ regional idarəsi aparıb.

Qeyd edək ki, Şamaxı rayonu Kələxana kəndində yerləşən 4961 inventar nömrəli yerli əhəmiyyətli tarix-memarlıq abidəsi olan “Türbələr kompleksi” bərpa edilmək üçün dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib.


Create Account



Log In Your Account