May 04 2021 12:59
Elshad Aliyev
Views: 93

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları aktiv koronavirus xəstəsini ictimai yerdə aşkarlayaraq saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Bayram Əlləzov ev şəraitində müalicəyə cəlb olunmasına baxmayaraq, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Həmin şəxs polis əməkdaşları tərəfindən şəhər ərazisində saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə evinə qaytarılıb.

B.Əlləzov barəsində araşdırma aparılır.


Create Account



Log In Your Account