Apr 22 2021 16:02
Elshad Aliyev
Views: 88

Aprelin 22-də Şamaxıda Mərkəzi Qan Bankı tərəfindən qanvermə aksiyası keçirilib. Humanist aksiya talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara köçürülən qan ehtiyatlarının artırılması məqsədilə təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mərkəzi xəstəxanasında keçirilən aksiyada müxtəlif yaş qruplarını əhatə edən 160 nəfərdən çox könüllü iştirak edib. Hərtərəfli müayinədən sonra 120 nəfərdən qan götürülüb. Toplanan qan nümunələri laboratoriyada müayinə edildikdən sonra Qan Bankına təhvil veriləcək.


Create Account



Log In Your Account