May 01 2020 12:56
Elshad Aliyev
Views: 77

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin tədiyə balansı üzrə proqnozu dəyişib. APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib.

“Tədiyə balansı proqnozu dəyişib. Əhəmiyyətli ixrac gəlirləri itirəcəyik, idxal da azalacaq. İstehlak tələbinin daralması idxalı da azaldacaq. Müxtəlif ssenarilərmiz var. Bugünkü vəziyyətdə beynəlxalq təşkilatların neft proqnozu var. Tədiyə balansında defisit yaranıb. Son rəqəmlərə əsasən, bu, ÜDM-in 3%-i ətrafındadır ki, bu da  kifayət qədər strateji valyuta ehtiyatı olan ölkə üçün təhlükəli səviyyə deyil”, - deyə E. Rüstəmov bildirib.


Create Account



Log In Your Account