Apr 15 2020 15:38
Elshad Aliyev
Views: 70

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin, eləcə də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda onlayn konfrans keçiriləcək. Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.

Konfransda aşağıda qeyd edilən ı istiqamətlər üzrə müzakirələr aparılacaq:

-Yeni pandemiya və epidemiya təhlükələrinin qarşısının alınmasında müasir elmi biliklərin və innovativ texnologiyaların tətbiqi, beynəlxalq əməkdaşlıq və milli biotəhlükəsizlik çağırışları;

-Təkamül və epidemiologiya, gələcək risklər;

-Viral müxtəliflik, koronaviruslar dünyası, onların təkamül dinamikası;

-Yeni koronavirusların yaranması və onlara qarşı immunitetin inkişafı üçün populyasion genom tədqiqatları;

-COVID-19 pandemiyasının diaqnostika və müalicə üsulları;

-Viruslara qarşı mübarizədə peyvəndlərin, antiviral dərmanların, bitki təbiətli birləşmələrin tətbiqi;

-Epidemik alovlanmaların proqnozlaşdırılması, riyazi modellər;

-Pandemiyalar və bioetik problemlər;

-Mikrobiologiya, virusologiya və molekulyar biotexnologiya elmlərinin gələcək inkişaf perspektivləri.

Seminarda çıxış etmək istəyənlər tezislərini mayın 11-dək afig.mammadov@gmail.com elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində “COVID-19 – konfrans” sözlərinin yazılması tələb olunur.

Tezislər Word A4 formatında, Arial 12 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoymaqla), sətirlərarası 1.15 qoymaqla, 1 səhifə həcmində olmalıdır.


Create Account



Log In Your Account