Mar 19 2020 11:38
Elshad Aliyev
Views: 55

Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsinin binasında koronavirus təhlükəsinə qarşı dezinfeksiya işləri həyata keçirilib. Elmi müəssisədən AZƏRTAC-a bildirilib ki, əməkdaşlar arasında, həmçinin maarifləndirici söhbətlər aparılıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, AMEA rəhbərliyinin tapşırıq və göstərişləri diqqətə çatdırılıb.


Create Account



Log In Your Account