Mar 18 2017 12:49
Ferah Sabirqizi
Views: 1412

“Çanaqqala keçilməz”. Bu gün bu  şüar Türk millətinin məğrurluğunu, şücaətini və qəhrəmanlığını ifadə edir.

Birinci dünya müharibəsi zamanı Osmanlı dövləti ilə Antanta dövlətləri arasında baş verən  bu dəniz və quru döyüşü məhvolma vəziyyətində olan bir ölkənin möhtəşəm qələbəsi kimi əfsanələşib və  hər bir  vətəndaşının xatirəsində qalıb. Çanaqqala döyüşü Türk millətinin gücünü, nələr edə biləcəyini göstərərək, Türk Qurtuluş Savaşına güclü təsir edib.

Türkiyə Cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi gün, martın 18-i Çanaqqala Şəhidlərini Anım Günü elan edilib. Müttəfiqlər üçün isə bu döyüş əsgəri bacarıqsızlıq və fəlakət simvolu olaraq sayılıb.

Çanaqqala döyüşündə Türk  əskərləri ilə yanaşı, Azərbaycandan  gedən minllərlə könüllü də canından keçərək şəhid olub. Onların xatirəsi indi də Türkiyədə hörmət və ehtiramla anılır.

Bu gün türk xalqı Çanaqqala zəfərinin 102-ci ildönümünü qeyd edir. Hər ilin bu günü Türkiyənin bir çox yerlərində geniş tədbirlər keçirilir, dövlət rəsmilərinin iştirakı ilə Çanaqqala abidəsi ziyarət edilir. Bu gün   Avropa ilə Asiya qitəsini bir daha birləşdirəcək uzunluğu 2023 metrə çatan Çanaqqla körpüsünün təməl qoyma mərasimi də keçiriləcək. 2023-cü ildə istifadəyə verilməsi palnlaşdırılan körpü dünyanın ən uzun asma körpüsü olacaq.

 

 


Create Account



Log In Your Account