Mar 23 2021 11:34
Elshad Aliyev
Views: 131

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə “Çanaqqaladən Qarabağa türk zəfəri” adlı Çanaqqala savaşının 106-cı il dönümünə həsr olunmuş online konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans TUMİB-in sədri Çingiz Bayramov açılış nitqi ilə başlayıb. Türk dünyası uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra mövzuya aid maraqlı çıxışlar dinlənilib. Çıxışlar zamanı türk dünyasının ölməz liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyev də yad edilib. Konfrans ərzində bir neçə dəfə mövzuya aid videoçarxlar təqdim olunub. Eyni zamanda 44 günlük Qarabağ müharibəsi zamanı TUMİB-lə birgə Gənclərin Töhfəsi İctimai Birliyi və “Green Start Academy”nin birgə təşkil etdiyi “Hərəyə bir bayraq” və “Bu bayraq da bizim bayraq” adlı aksiyalardan hazırlanmış videoçarx da təqdim edilib.

Tədbirin sonunda “Çırpınırdı Qara dəniz” mahnısı səsləndirilib.

 


Create Account



Log In Your Account