May 01 2020 15:30
Elshad Aliyev
Views: 50

Mayın 6-da AFR kansleri Angela Merkelin və Almaniyanın bütün 16 federal əyalətinin hökumət rəhbərlərinin videokonfransı təşkil olunacaq. Danışıqlar zamanı karantinin müddətinin uzadılması, yaxud da karantin tədbirlərinin yüngülləşdirilməsi barədə qərar qəbul olunacaq.

AZƏRTAC xəbər verir ki, AFR hökuməti dəftərxanasının rəsmi nümayəndəsi Broun bunu Almaniya televiziyasına müsahibəsində bildirib. O, hökumətin karantin müddətinin mayın 10-dək uzadılması barədə planını açıqlayıb. Lakin bu, yekun qərar deyil.

Almaniya hökuməti ölkədə karantin müddətinin uzadılması planını vətəndaşların yoluxmasında artımın müşahidə edilməsi fonunda götür-qoy edir.


Create Account



Log In Your Account