Jan 09 2017 17:09
Ulviyye Sabirqizi
Views: 2118

Rəsmi Ankara Vaşinqtona mesaj göndərib.

Ölkə səfirlərinin 9-cu konfransında çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının yeni administrasiyasını əvvəlki səhvləri bir daha təkrarlamamağa çağırıb. Yanvarın 14-dək keçiriləcək Türkiyə səfirlərinin 9-cu konfransının mövzusu “2023-ə doğru: Milli dəyərlər və qlobal hədəflər”dir:

“Türkiyə ilə ABŞ strateji ortaqdır. NATO-da ortaqlığımız bu strateji müttəfiqliyi daha da gücləndirir. ABŞ-ın yeni hakimiyyəti ilə anlaşılsa, ikitərəfli əlaqələr qarşılıqlı mənfəətlər əsasında inkişaf edilər. ABŞ hakimiyyətinin əvvəlki illərdəki səhvləri təkrarlamayacağına inanırıq. Bizim onlardan iki əsas gözləntimiz var: birincisi, Fətullahçı terror təşkilatının başçısının ölkəmizə təhvil verilməsidir. İkincisi isə terrorçu PKK qruplaşmasının Suriyadakı qolu “YPG” ilə əməkdaşlığı dayandırmasıdır. Bu iki haqlı gözləntilərimizin təmin edilməsi Türkiyə-ABŞ əlaqələrinin gələcəyi baxımından çox əhəmiyyətlidir”.

 


Create Account



Log In Your Account