Apr 08 2019 16:05
Ferah Sabirqizi
Views: 811

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası işə başlayıb. Sessiyanın ilk günü Assambleya Bürosunun və Daimi Komitənin hesabatı dinlənilib.AzərbaycanınAŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov hesabata Azərbaycana dair müsbət dəyişikliklərin əlavə olunmasını istəyib.

Bundan sonra Parlament Assambleyasında Azərbaycanda demokratik institutların fəaliyyətinə dair həmməruzəçisi Stefan Şenak Prezident İlham Əliyevin martın 16-da Novruz bayramı münasibətilə imzaladığı əfv sərəncamını alqışlayıb. O, Azərbaycanda məhbusların azadlığa buraxılmasını yüksək qiymətləndirib. Bu sərəncamın ümumilikdə, 431 nəfərə şamil olundğu vurğulanıb.

Daha sonra Avropa Şurasının 70 illiyinə həsr olunmuş çıxışlard zamanı azərbaycanlı deputat Rafae Hüseynov Ermənistanla bağlı səslənən fikirlərə münasibətini bildirib.

Sessiyada Moldovada keçirilmiş parlament seçkilərinin nəticələri, BMT-nin “2030-cu il davamlı inkişaf” proqramı çərçivəsində əməkdaşlıq, Avropa İttifaqının demokratiya, qanun və fundamental hüquqlar üzrə formalaşdırılması mövzusunda müzakirələr aparılaca. Sabah isə AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin və Azərbaycanın AŞPA yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr” mövzusunda tədbir də keçiriləcək.

Tədbirlərdə Milli Məclisin deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər. 


Create Account



Log In Your Account