Sep 10 2019 14:04
Ferah Sabirqizi
Views: 1735

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Lilian Mori Paskye sentyabrın 11-12-də Azərbaycana rəsmi səfər edəcək.

Lilian Mori Paskye Bakıda Milli Məclisin sədri və xarici işlər naziri ilə görüşəcək, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin və Nizam-intizam komissiyasının, eləcə də Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri ilə fikir mübadiləsi aparacaq.

Bundan başqa, L.Mori Paskye sentyabrın 11-də Fransa-Azərbaycan Universitetində keçiriləcək, Avropa Şurasının 70 illiyinə həsr olunan “Hüquqlarımız, azadlıqlarımız, Avropamız” mövzsunda “dəyimir masa”da iştirak edəcək.


Create Account



Log In Your Account