Mar 13 2020 12:19
Elshad Aliyev
Views: 245

Bu ilin aprel-dekabr aylarında OPEC-in xam neft hasilatı gündəlik orta hesabla 29,2 milyon barrel olacaq.

AZƏRTAC xəbər verir ki, bu proqnozla ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) çıxış edib.

EIA-ya görə, ilin ilk rübündə kartel üzrə neft istehsalı sutkada 28,7 milyon barrelə çatacaq.

Administrasiya OPEC-in xam neft hasilatının 2021-ci ildə sutkalıq orta hesabla 29,4 milyon barrelə yüksələcəyini proqnozlaşdırır.


Create Account



Log In Your Account